UFC Fight Night 261 turnirinin əsas döyüşü təxirə düşdü
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək UFC Fight Night 261 turnirinin əsas qarşılaşmasında Çarls Oliveyraya qarşı rinqə çıxmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə MMA Fighting məlumat yayıb.
Bildirilib ki, Fiziev aldığı zədə səbəbindən döyüşdən kənar qalıb.
Qeyd edək ki, reytinq cədvəlinə əsasən, Oliveyra divizionda 4-cü, Fiziev isə 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, 32 yaşlı azərbaycanlı MMA döyüşçüsü peşəkar karyerasına 2015-ci ilin iyulunda başlayıb. O, indiyədək keçirdiyi döyüşlərin 13-də qələbə qazanıb. Rafael Fiziev yalnız 4 döyüşdə məğlubiyyətlə barışıb.
Namiq HUN