UFC-də məğlubiyyəti həzm edə bilməyən Çimayev raqibinə meydan oxudu!

UFC-də məğlubiyyəti həzm edə bilməyən Çimayev raqibinə meydan oxudu!
04.09.2026 10:44 İdman

Orta çəkidə keçmiş UFC çempionu, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən çeçen mənşəli döyüşçü Həmzət Çimayev amerikalı Şon Striklendə qarşı keçirdiyi qarşılaşmada özünü məğlub hesab etmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “championat.com” məlumat yayıb.

Çimayev xüsusi müsahibəsində bu sözləri qeyd edib: 

“Məndən soruşsalar, onunla 24 saat dayanmadan döyüşmək istəyərdim. Vaxtından əvvəl nokautla qalib gəlib-gəlməməyin mənim üçün heç bir fərqi yoxdur. Özümü uduzmuş saymıram, bu döyüşü mən qazanmışam. Əgər bir idmançı çempondan qaçırsa, deməli, elə o uduzur”.

Xatırladaq ki, “UFC 328” turniri çərçivəsində baş tutan və 5 raund davam edən döyüş ABŞ təmsilçisinin hakim qərarı (bölünmüş qərarla) ilə qələbəsi ilə başa çatmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər