UFC çempionu bir neçə il döyüşməyə bilər

İdman

05.01.2026 13:05

İliya Topuriya iki ilə qədər döyüşlərdən kənar qala bilər. 

TodayPress TV xəbər verir ki, britaniyalı MMA döyüşçüsü Peddi Pimblett UFC-nin yüngül çəki dərəcəsində çempionu İliya Topuriya barədə fikirlərini bölüşüb.

“Deyilənə görə, İliya ən azı bir il geri qayıtmayacaq. Hətta mümkün problemlərə görə bu müddət iki ilə qədər uzana bilər. Əgər o, bu qədər uzun müddət döyüşlərdən kənarda qalacaqsa, mən istərdim ki, sadəcə karyerasını bitirsin və divizionun inkişafını ləngitməsin”, - deyə Pimblett bildirib.

Qeyd edək ki, Topuriyanın 1–2 il döyüşlərdən kənar qalmasının səbəbi mümkün sağlamlıq problemləridir. 

Xatırladaq ki, 2025-ci ilin iyun ayında keçirilən son döyüşdə Topuriya braziliyalı Çarlz Oliveyra ilə qarşılaşıb. Gürcüstan əsilli ispan döyüşçü rəqibini birinci raundda nokaut edərək UFC-nin yüngül çəki dərəcəsində çempionu olub.

Namiq HUN

TodayPress TV

tag: UFC,İliya Topuriya,Peddi Pimblett,MMA,Todaypress.tv,