Müharibənin taleyi noyabrda həll olunur? - Ukrayna hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması ilə bağlı üçtərəfli görüşün keçirilməsini müzakirə ediblər.
Zelenski bildirib ki, ABŞ, Ukrayna və Rusiya komandaları səviyyəsində üçtərəfli görüşün noyabrın birinci yarısında keçirilməsi planlaşdırılır.
“Bunu mümkün qədər tez etmək lazımdır. Biz istənilən gün, hətta sabah da görüşməyə hazırıq, lakin hər şey ruslardan asılıdır”, – deyə o əlavə edib.
Aysel Mətləb