UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə heç-heçə etdi

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə heç-heçə etdi
01.10.2026 22:03 İdman

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Tofiq Bəhramkv adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər