UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”ni məğlub etdi - VİDEO - YENİLƏNDİ
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” “Tvente”ni məğlub edib - 1:0.
23:18
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.
Kadi Barges 52-ci dəqiqədə fərqlənib.
23:11
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
TodayPress TV xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.
Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
22:55
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
TodayPress TV xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
22:00
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Tvente” – “Qarabağ” matçı başladı.
TodayPress TV xəbər verir ki, görüş Ensxededəki “De Qrols Veste” stadionunda keçirilir.
Qeyd edək ki, cavab matçı avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.