UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Fənərbağça" (Türkiyə) evdə "Şturm Qraz" ilə (Avstriya) qarşılaşıb.
TodayPress TV xəbər verir ki, görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
"Fənərbağça"ya qalibiyyət gətirən qolları Anderson Taliska (10-cu dəqiqə) və Meyson Qrinvud (45-ci dəqiqə) vurublar.