UEFA Alvaresi cəzalandırdı

UEFA Alvaresi cəzalandırdı
08.09.2025 15:20 İdman

"Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan “Atletik Bilbao” klubunun müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Alvares ötən mövsüm Avropa Liqasının "Mançester Yunayted"lə ilk yarımfinal oyunundan sonra dopinq testindən keçə bilməyib. 

Cəza müddəti iyunun 2-dən hesablanan müdafiəçinin diskvalifikasiyası  2026-cı il aprelin 2-də başa çatacaq.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər