U17 Avropa çempionatı: Qadın güləşçilərimiz finala çıxa bilmədi
Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşlərinə çıxıblar.
TodayPress TV xəbər verir ki, Nuray Cəfərli (46 kq) yarımfinalda polşalı Yuliya Palkayla, Fatimə Bayramova (53 kq) isə macarıstanlı Mariya Jitovozla mübarizə aparıb.
N. Cəfərli rəqibinə 0:3, F. Bayramova isə 0:10 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, hər iki güləşçimiz mayın 15-i bürünc medallar uğrunda güləşəcək.
Həmçinin güləşçimiz Simurə Abdullayevanın (69 kq) 1/4 finalda məğlub olduğu türkiyəli Kıymet Tezcan finala yüksəldiyi üçün təmsilçimiz mayın 15-i təsəlliverici görüşə çıxacaq.