U-17 mundialında həlledici gün: Güləşçilərimiz medal ovunda

U-17 mundialında həlledici gün: Güləşçilərimiz medal ovunda
29.07.2026 09:55 İdman

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi U-17 dünya çempionatında medal yarışına çıxacaq.

TodayPress TV xəbər verir ki, Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qurşaq tutacaq.

Həlledici görüşə adını yazdıran Abdurrahman Hüseynli (51 kq) isə Özbəkistan güləşçisi Bunyod Hasanov ilə qarşılaşacaq.

Yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) uğurlu çıxış müqabilində çempionatın bürünc medalına sahib çıxacaq.

Zöhrab Səfərovun (92 kq) da mundialdan qazancı bürünc medal ola bilər. O isə şansını qaçırmamaq üçün əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə qalib gəlməlidir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər