U-15 Avropa çempionatında iki güləşçimiz finala yüksəldi

U-15 Avropa çempionatında iki güləşçimiz finala yüksəldi
20.05.2026 21:09 İdman

Güləş üzrə U-15 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycan güləşçiləri yarımfinal görüşlərinə çıxıblar.

Hüseyn Əmrahlı (38kq) rusiyalı Ervin Sufiyanova 3:1 hesabıyla qalib gələrək finala yüksəlib.

Paşa Aslan (44 kq) gürcüstanlı Luka Saqinadzeyə 5:3 hesabıyla qalib gələrək finala yüksəlib.

Pünhan Şahmarov (48 kq) yarımfinalda rusiyalı Feliks Tuayevə 1:10 hesabıyla məğlub olub və bürünc medal uğrunda güləşəcək.

Sadiq Vəlizadə (57 kq) yarımfinalda rusiyalı Raybek Muçurayevə 2:13 hesabıyla məğlub olub və bürünc medal uğrunda güləşəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər