U-15 Avropa çempionatı: Qadın güləşçiləri yarışa məğlubiyyətlə başladı

İdman

21.05.2026 22:31

Azərbaycanın qadın güləşi üzrə U-15 millisinin üzvü Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya minimal fərqlə (8:9) məğlub olub.

TodayPress TV xəbər verir ki, digər güləşçi Mədinə Kərimova (46 kq) debütdə moldovalı Rusalina Portaruya 3:9 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Mədinə sabah təsəlliverici görüşə çıxacaq.

Ləman Əliyeva (54 kq) isə 1/8 finalda ukraynalı Tereza Tkaçişinlə (0:10), Aylin Həsənli (62 kq) isə eyni mərhələdə yunanıstanlı Elli Brousayla (1:6) bacarmayıb.

xxx

Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında Azərbaycan güləşçiləri medal uğrunda mübarizəni davam etdirirlər.

TodayPress TV xəbər verir ki, Paşa Aslan (44 kq) finalda ermənistanlı Paşa Xudoyana 4:1 hesabıyla qalib gələrək Avropa çempionu olub.

xxx

Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında Azərbaycan güləşçiləri medal uğrunda mübarizəni davam etdirirlər.

TodayPress TV xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək U-15 Avropa çempionu olub.

Qadın güləşi yarışlarında isə Ülviyyə Musayeva (33 kq) yarımfinalda ukraynalı Viktoriya Pervaçuku “tuş”la məğlub edərək finala yüksəlib və qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

TodayPress TV

tag: Yunan,Roma ,U-15,Avropa ,TodayPress TV,