Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü!

Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü!
04.08.2026 11:33 İdman

Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirəsinə həsr olunan ənənəvi turnir keçirilib.

TodayPress TV xəbər verir ki, yarışın son iki günündə Azərbaycan millisinin daha 5 üzvü fəxri kürsüyə yüksəlib.

Sərbəst güləş yarışlarında Ruslan Abdullayev (65 kq) qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Musa Ağayev isə bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşində Ruslan Nurullayev (72 kq) və Tuncay Vəzirzadə (87 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nihat Məmmədli (63 kq) isə turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə də Azərbaycan güləşçiləri 4 medal qazanmışdılar. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc medal əldə edib. Yunan-Roma güləşində isə Sərxan Məmmədov (130 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala layiq görülüb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! — 1
Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! — 2
Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! — 3
Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! — 4
Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! — 5
XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər