Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında

Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında
30.07.2026 16:15 İdman

“Fənərbağça” Hakan Çalhanoğlunu transfer siyahısına daxil edib

TodayPress TV xəbər verir ki, “Fənərbağça” rəhbərliyi “İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer hədəfləri sırasına əlavə edib.

Məlumata görə, “sarı-lacıvərdlilər” təcrübəli futbolçunun mümkün transferi ilə bağlı ilkin hazırlıqlara başlayıb.

Bildirilir ki, “Fənərbağça” rəhbərliyi “Milan”ın hücumçusu Rafael Leao ilə bağlı danışıqlar üçün İtaliyaya səfər etdiyi vaxt Hakan Çalhanoğlunun durumunu da yaxından izləyib.

Hazırda “İnter”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq 32 yaşlı yarımmüdafiəçinin hələ yeni sözləşmə imzalamadığı qeyd olunur. Məlumata əsasən, karyerasını Türkiyədə davam etdirməyə müsbət yanaşan Hakanın “Fənərbağça”ya keçidə də isti baxdığı iddia edilir.

Qeyd olunur ki, Super Liqada tətbiq ediləcək 10+4 legioner qaydası səbəbindən yerli oyunçu keyfiyyətini artırmaq istəyən İstanbul təmsilçisi Hakan Çalhanoğlunun transferini ciddi şəkildə nəzərdən keçirir. Klub rəhbərliyinin bu keçidlə bağlı texniki heyətin rəyini də alacağı bildirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər