Türkiyə futbolunu sarsıdan «Hakimlər dosyesi»: Şok saxlanılmalar!
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən və mətbuatda “Hakimlər dosyesi” kimi tanınan istintaq çərçivəsində Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu da daxil olmaqla 7 nəfər saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
Şübhəli şəxslərə qarşı mobbinq və rəsmi sənəddə saxtakarlıq iddiaları üzrə araşdırma aparılır.
Saxlanılan şəxslərin siyahısı:
Ferhat Gündoğdu – MHK sədri
Ferdi Karadoruk – TFF Hakimlər Dərnəyinin sədri
Ahmet Şahin – MHK-nın sabiq sədr müavini
Yunus Yıldırım – MHK-nın sabiq üzvü
Sebahattin Şahin – MHK üzvü, TFF Təhsil və IV bölgə məsulu
Alican Sağlar – TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin təşkilati məsələlər üzrə məsulu
Emre Kosif – İstanbul şəhər Hakimlər Komitəsinin sədri
Namiq HUN