"Turan Tovuz" "Fatih Karagümrük"lə yoxlama oyununa çıxacaq
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.
TodayPress TV xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Komanda iyulun 27-də Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.
Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl İranın U-21 yığması ilə heç-heçə edib - 1:1.