Trekdə amansız, evdə qayğıkeş ata: Çempion “F1” pilotunun gizli tərəfi!

Trekdə amansız, evdə qayğıkeş ata: Çempion “F1” pilotunun gizli tərəfi!
30.09.2026 09:20 İdman

“Formula-1” üzrə dünya çempionatının “Red Bull” komandasının pilotu Maks Ferstappen qızının dünyaya gəlişindən sonra yarışlara münasibətinin dəyişib-dəyişmədiyi və övladının treklərdən kənar həyatına necə təsir etdiyi barədə danışıb.

TodayPress TV xəbər verir ki, o, “P1 with Matt & Tommy” nəşrinə müsahibə verib. 

“Sürüş tərzində nəsə dəyişdi? Mənim də qızım dünyaya gəlib və mənə elə gəlir ki, övladın doğulması həyata baxışı və həqiqətən nəyin vacib olduğunu anlamağı tamamilə dəyişir. Bu məqam sənin yarışlara yanaşmana hər hansı təsir göstərdimi?”

“Kaskamı taxıb trekə gələndə və starta çıxanda heç nə dəyişmir. Nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu yaxşı anlayıram. Üstəlik, bəzən hər şey səndən asılı olmur, elə deyil? Lakin nəyi edə biləcəyimi və nəyi edə bilməyəcəyimi yaxşı bilirəm. Ötmə əməliyyatı etməyə çalışarkən qızım haqqında düşünmürəm - sadəcə rəqibimi geridə qoymağa çalışıram. Amma əlbəttə ki, trekdən kənarda mənim üçün ən vacib məsələ evdə daha çox vaxt keçirmək və ailəmin yanında olmaqdır” – deyə Ferstappen bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər