Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı

Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı
05.08.2026 09:40 İdman

“Liverpul” PSJ-nin 18 yaşlı vingeri İbrahim Mbayenin transferi üçün hərəkətə keçib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, Liverpul təmsilçisi futbolçunun agenti Jorje Mendeşlə əlaqə saxlayıb. Mbaye baş məşqçi Andoni İraolanın layihəsini cəlbedici hesab edir və karyerasını məhz “Liverpul”da davam etdirməyə üstünlük verir. Bununla belə, mersisayd təmsilçisi hələlik PSJ-yə rəsmi təklif göndərməyib.

Mənbənin iddiasına görə, seneqallı futbolçunun transferində indiyədək əsas favorit Almaniyanın “Bayer” klubu olub. Leverkuzen təmsilçisi son günlər Paris klubu ilə danışıqlar aparırdı və tərəflər arasında yaxşı münasibətlər mövcuddur.

Daha əvvəl Mbayenin “Leypsiq”ə keçidinin də gündəmdə olduğu bildirilmişdi. Lakin alman klubunun futbolçusu Yan Diomandın PSJ-yə transferinin baş tutmaması səbəbindən bu keçid reallaşmayıb.

Qeyd edək ki, İbrahim Mbaye PSJ akademiyasının yetirməsidir. O, əsas komandada keçirdiyi 42 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib. Futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər