Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da!

Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da!
05.08.2026 12:58 İdman

İngiltərənin “Arsenal” və “Nyukasl Yunayted” klubları braziliyalı yarımmüdafiəçi Bruno Gimarayesin transferi ilə bağlı razılıq əldə ediblər.

TodayPress TV məşhur insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, tərəflər uzun sürən danışıqlardan sonra anlaşmanı yekunlaşdırıblar. 

Futbolçunun şəxsi müqavilə şərtləri isə hələ iyul ayında razılaşdırılıb.

Transferin dəyərinin təxminən 87,75 milyon avro olduğu bildirilir. 

Beləliklə, 28 yaşlı braziliyalı yarımmüdafiəçi baş məşqçi Mikel Artetanın komandasının yeni transferi olacaq.

Qeyd edək ki, Bruno Gimarayes 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında 29 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Çempionlar Liqasında 7 matçda forma geyinib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər