Transfer gündəmini silkələyən iddia təkzib edildi

Transfer gündəmini silkələyən iddia təkzib edildi
27.07.2026 09:24 İdman

“Qalatasaray” klubu “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, klub rəsmisi “Fanatik” nəşrinə verdiyi açıqlamada alman futbolçu ilə razılıq əldə edildiyi barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Klubumuzun Camal Musiala və “Bavariya” ilə razılıq əldə etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu ictimaiyyətin diqqətinə çatdırırıq”.

Qeyd edək ki, daha əvvəl bir sıra transfer insayderləri “Qalatasaray”ın Almaniya millisinin 23 yaşlı üzvünü heyətinə qatmaq üçün danışıqlar apardığını iddia etmişdi. Həmin xəbərlərdə Musialanın Türkiyə klubuna icarə əsasında keçə biləcəyi bildirilsə də, bu məlumat rəsmi təsdiqini tapmayıb.

Namiq HUN

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər