Transfer Bellingemi müdafiə vəzifələrindən azad edəcək
İdman
04.01.2026 13:21
Madridin “Real” klubunun yarımmüdafiəçisi Cud Bellingem rəhbərliyə müraciət edərək həmvətəni və “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonun transferini istədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə E-Notícies məlumat yayıb.
Mənbə qeyd edir ki, 21 yaşlı futbolçu “kral klubu” üçün ideal gücləndirmə olardı. Uorton Bellingemi müdafiə vəzifələrindən azad edər və komandada nəsil dəyişməsinə kömək edərdi.
Bildirilib ki, “Kristal Pelas” Uortonu 80 milyon avrodan ucuz satmayacaq.
Qeyd edək ki, cari mövsümdə Uorton bütün turnirlərdə “Kristal Pelas”ın heyətində 24 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Cud Bellingem,Adam Uorton,Transfer,Klub,Todaypress.tv,
