Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır

Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır
12.08.2026 09:21 İdman

“Qalatasaray” və Səudiyyə Ərəbistanından bir neçə klub “Monako”nun hücumçusu Folarin Baloqunla bağlı Fransa təmsilçisindən məlumat istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında hələlik birbaşa əlaqə olmayıb.

Baloqun ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Monako” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

“Transfermarkt” portalında 25 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl Baloqunla “Tottenhem” klubunun da maraqlandığı bildirilib. London təmsilçisi hücumçu üçün “Monako”ya 60 milyon avro təklif edib.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər