"Trabzonspor"da Fatih Tekke dövrü başa çatdı
Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə təmsilçi məlumat yayıb.
Məlumata əsasən, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, "Trabzonspor" Superliqada 3 oyundan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.