“Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə
“Tottenhem” klubu “Mançester Siti”nin hücum xəttinin iki futbolçusunun transferi ilə bağlı danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, London təmsilçisi Savinyo və Omar Marmuşu heyətinə qatmaq istəyir.
İnsayder Devid Ornşteynin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, “Tottenhem” 22 yaşlı braziliyalı vinger və 27 yaşlı misirli forvardı hücum xəttinin gücləndirilməsi üçün əsas hədəflər hesab edir.
Qeyd edək ki, “Tottenhem” daha əvvəl Martin Dubravkanı “Börnli”dən, Yan Paul van Hekkeni “Brayton”dan, Markos Senesini “Bornmut”dan, Endryu Robertsonu “Liverpul”dan, Mateuş Fernandeşi “Vest Hem”dən və Sandro Tonalini “Nyukasl”dan transfer edib.
Namiq HUN
TodayPress TV