“Tottenhem”dən böyük transfer hücumu: Savinyo üçün 99 milyon avro!
“Tottenhem” klubu “Mançester Siti”nin braziliyalı vingeri Savinyonun transferi ilə bağlı razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
22 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Londona yollanacaq. Bütün prosedurlar başa çatdıqdan sonra onun “Tottenhem”lə müqaviləsi rəsmiləşdiriləcək.
Məlumata əsasən, transferin məbləği təxminən 99 milyon avro təşkil edəcək.
Qeyd olunur ki, “Tottenhem”in “Mançester Siti”nin digər futbolçusu Ömər Marmuşla bağlı apardığı danışıqlar isə ayrıca davam edir.
Savinyo ötən mövsüm bütün turnirlərdə 36 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı futbolçunun İngiltərə Premyer Liqasındakı göstəricisi isə 53 oyunda 2 qoldur.
Namiq HUN