Tomas Tuxel İngiltərədə tarix yazdı

Tomas Tuxel İngiltərədə tarix yazdı
10.09.2025 16:40 İdman

Almaniyalı futbol mütəxəssisi İngiltərə millisinin tarixinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Opta” portalı məlumat yayıb.

Tuxel bu uğura Dümanlı Albion təmsilçisinin ilk beş rəsmi matçda qol buraxmadan qalib gəlməsi ilə nail olub.

İndiyədək komandada heç bir mütəxəssis bunu bacarmayıb.

Tuxel yanvar ayından İngiltərə millisinin baş məşqçisidir. Komanda onun rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində Albaniya, Latviya, Serbiya və iki dəfə Andorra komandasına qalib gəlib. Bu görüşlərdə 13 qol vuran ingilislər qapılarında top görməyiblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər