Tokioda duyğusal anlar: 36 yaşlı ulduz son dəfə korta çıxır!
Dünyanın keçmiş dördüncü raketkası, yaponiyalı tennisçi Key Nisikori Tokioda keçirilən “ATP-500” turnirindəki çıxışından sonra peşəkar karyerasını başa vuracaq.
TodayPress TV xəbər verir ki, bu barədə ATP-nin mətbuat xidməti məlumat yayıb.
“Çox həyəcanlıyam, qarışıq hisslər keçirirəm. Yaponiyada oynayacağım üçün şadam, lakin bunun mənim üçün son an olduğunu da bilirəm. Bu səbəbdən bir qədər kədərlidir. Əlbəttə ki, yaxşı tennis nümayiş etdirmək istəyirəm. Müəyyən təzyiq var, lakin bu da özlüyündə maraqlı və həyəcanvericidir”, - deyə Nisikori bildirib.
Qeyd edək ki, 36 yaşlı tennisçi bu турниrdə şəxsi rekorda sahibdir - onun hesabında 24 qələbə və 9 məğlubiyyət var.
“ATP-500” turnirinin oktyabr ayının 1-də baş tutacaq 1-ci dövrə yarışında Nisikori dünyanın 8-ci raketkası olan amerikalı Frensis Tiafo ilə qarşılaşacaq.
Namiq HUN