Tokio buzu silkələndi: Azərbaycanın yeni ulduzu məşqə çıxdı!

Tokio buzu silkələndi: Azərbaycanın yeni ulduzu məşqə çıxdı!
03.09.2026 08:37 İdman

Rusiya əsilli 18 yaşlı fiqurlu konkisürən Veronika Jilina Beynəlxalq Konkisürənlər İttifaqından (ISU) Azərbaycan bayrağı altında yarışmaq icazəsi aldıqdan sonra ilk rəsmi turnirində məşqə çıxıb. 

TodayPress TV xəbər verir ki, idmançı Yaponiyada təşkil olunan "Challenger" seriyalı "Kinoshita Group Cup" turnirində mübarizə aparır.

Qısa proqramını təqdim edən Jilina məşq zamanı ikiqat aksel, üçqat flip, həmçinin proqramın ikinci hissəsində üçqat luts və üçqat tulupdan ibarət kaskad tullanışını icra edib.

Qeyd edək ki, ikiqat olimpiya çempionu Yevgeni Plyuşşenkonun "Plyuşşenkonun Mələkləri" akademiyasında məşq edən idmançı səhhətindəki problemlər səbəbindən son iki mövsümü buraxmalı olub. Gənc fiqurlu konkisürən  Rusiya Qran-prisinin finallarından birinin qalibidir.

Yaponiyanın Tokio şəhərində təşkil olunacaq "Challenger" seriyalı "Kinoshita Group Cup" turniri sentyabrın 4-dən 6-dək davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər