Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü

Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü
10.08.2026 16:06 İdman

“Boston Seltiks”in hücumçusu Ceyson Teytum ötən mövsümün sonunda aldığı zədədən sonra keçdiyi ağır bərpa prosesi barədə danışıb.

TodayPress TV xəbər verir ki, basketbolçu vətərinin qopmasından sonra parketə qayıdacağına şübhə etdiyini etiraf edib.

“Mən həkimin kabinetində oturmuşdum. O, MRT görüntüsünü qoyub vətərimdən keçən xətti göstərirdi. Yadımdadır, orada oturub ağlamağa başladım. Həmin an düşündüm: “Lənət olsun, hər şeyə yenidən başlamalı olacağam”. Sonra “Mən bunu bacarmayacağam” dediyimi xatırlayıram.

Anam üzümü silib dedi: “Heç vaxt nəyisə edə bilməyəcəyini demə. Bütün həyatın boyu qarşına qoyduğun hər şeyə nail olmusan. Mən həmişə olduğu kimi sənin yanında olacağam. Bunun öhdəsindən birlikdə gələcəyik”, – deyə Teytum bildirib.

Basketbolçu qeyd edib ki, müəyyən müddət sonra karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı ciddi şübhələr yaşayıb:

“Bir neçə həftə düşündüm: “Lənət olsun, kifayət qədər pul qazanmışam? Kifayət qədər uğur əldə etmişəm?” Elə anlar olurdu ki, sadəcə anamın evində uzanıb düşünürdüm: “Bəlkə də karyeram başa çatıb””.

Namqi HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər