Təqaüdə çıxmaq fikri yoxdur: Alonso “Formula-1”i təccübləndirməkdə davam edir!

Təqaüdə çıxmaq fikri yoxdur: Alonso “Formula-1”i təccübləndirməkdə davam edir!
29.09.2026 17:26 İdman

İkiqat dünya çempionu, “Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso 2027-ci ilin onun “Formula-1” karyerasındakı son il olmayacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. 

İspaniyalı sürücü gələcək planları barədə fikirlərini bölüşərkən bildirib: 

“Bu, “F-1” sürücüsü kimi son müqaviləmdir? Yox, düşünmürəm ki, 2027-ci il “Formula-1”də son ilim olacaq. Mənim baxışım belədir. Hazırda bundan zövq alıram, səfərlərin, öhdəliklərin və marketinq işlərinin öhdəsindən gəlirəm... İndi daha çox təcrübəm var və daha yaxşı təşkilatlanmışam. Düşünürəm ki, daha bir neçə il mübarizəni davam etdirə bilərəm”.

Xatırladaq ki, bundan əvvəl Alonso “Aston Martin” komandası ilə müqaviləsinin 2027-ci ilə qədər uzadılması barədə fikirlərini bölüşmüşdü.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər