Tennisdə milyonların siyahısı açıqlandı

Tennisdə milyonların siyahısı açıqlandı
24.07.2026 12:30 İdman

“Sportico” nəşri Uimbldondan sonra 2026-cı il mövsümündə tennisçilərin qazandığı mükafatların reytinqini açıqlayıb.

TodayPress TV xəbər verir ki, siyahıya dünya reytinqinin bir nömrəsi, italiyalı Yannik Sinner başçılıq edir. 

O, cari mövsümdə beş "Masters" turnirinin və “Böyük Dəbilqə” seriyalı Uimbldonun qalibi olaraq ümumilikdə 11,62 milyon dollar mükafat qazanıb.

İkinci pillədə 2026-cı il “Rolan Qarros” çempionu Aleksandr Zverev qərarlaşıb. Alman tennisçi mövsüm ərzində 9,03 milyon dollar gəlir əldə edib.

İlk “5-lik”də yer alan yeganə rusiyalı tennisçi isə “Rolan Qarros”un qalibi Mirra Andreyeva olub. O, 5,58 milyon dollar mükafatla dördüncü sırada qərarlaşıb.

2026-cı il mövsümündə ən çox mükafat qazanan 10 tennisçi:

1. Yannik Sinner (İtaliya) – 11,62 milyon dollar 

2. Aleksandr Zverev (Almaniya) – 9,03 milyon dollar 

3. Linda Noskova (Çexiya) – 6,19 milyon dollar 

4. Mirra Andreyeva (Rusiya) – 5,58 milyon dollar 

5. Arina Sabalenka (Belarus) – 5,08 milyon dollar 

6. Yelena Rıbakina (Qazaxıstan) – 4,66 milyon dollar 

7. Karolina Muxova (Çexiya) – 4,46 milyon dollar 

8. Karlos Alkaras (İspaniya) – 4,37 milyon dollar 

9. Koko Qoff (ABŞ) – 4,11 milyon dollar 

10. Flavio Kobolli (İtaliya) – 3,87 milyon dollar

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər