“Təmiz uduzdu, indi bəhanə axtarır” - Pimblettdən Topuriyaya sərt ittihamlar!
UFC-nin 70 kq çəkidə çıxış edən britaniyalı döyüşçüsü Peddi Pimblett iki müxtəlif çəki dərəcəsində keçmiş çempion, gürcüstanlı İliya Topuriyanın bəyanatına reaksiya verib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Kolos MMA”yə verdiyi müsahibədə bildirib:
“İliya səfeh-səfeh danışır. O, indi bəhanələr axtarmaqla məşğuldur. Döyüşdə təmiz şəkildə məğlub oldu. Mənim bəhanələrim daha ciddi idi - gözümə barmaq soxmuşdular, qasıq nahiyəmə zərbə vurmuşdular, amma mən heç vaxt bundan gileylənmədim. Bəxt belə gətirdi. Castinin taleyinə əvvəlcə məni, daha sonra Ağ Evdə keçirilən turnirdə İliyanı məğlub etmək yazılmışdı. Bu sadəcə İliyanın necə biri olduğunu göstərir”.
Xatırladaq ki, bir qədər əvvəl Topuriya iyun ayında “UFC Freedom 250” turnirində amerikalı Castin Qeyci ilə döyüşdə rəqibinin əlcəklərlə fırıldaqçılıq etmiş ola biləcəyinə eyham vurmuşdu.
Namiq HUN