Tedesko qış hazırlığını açıqladı
“Fənərbağça” klubunun baş məşqçisi Domeniko Tedesko qış transferində komandanı yeni futbolçularla gücləndirmək istəyir.
TodayPress TV xəbər verir ki, italiyalı mütəxəssisin transfer siyahısında 3 futbolçunun adı var.
Ferdi Kadıoğlu və Kim Min Je daha öncə “sarı-lacivərdli”lərin şərəfini qoruyublar.
Tedesko dörd nəfərlik sisteminə uyğun olmayan Arçi Brounun yer aldığı sol cinahı Ferdi Kadıoğlu ilə gücləndirmək istəyir.
“Bavariya”da top qovan cənubi koreyalı mərkəz müdafiəçisi isə Ceydon Ostervoldeni əvəz etməlidir.
Domenikonun gözünün tutduğu üçüncü futbolçu isə “Bavariya"lı Leon Qoretzkadır.
Namiq HUN