Təcrübəli qolkiper köhnə klubuna qayıdır

Təcrübəli qolkiper köhnə klubuna qayıdır
06.01.2026 17:01 İdman

“Beşiktaş” klubu qapıçısı Mert Günokla yollarını ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

36 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Türkiyə millisinin qolkiperi 2021-ci ildən “qara qartallar”ın heyətində çıxış edirdi. Mert “Beşiktaş”la Türkiyə Kubokunun və Superkubokunun qalibi olub. 

Məlumata görə, Günok karyerasını sabiq komandası “Fənərbağça”da davam etdirəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər