Tatamidə dramatik anlar: Paşayev gərgin döyüşdən sonra yarışdan kənarda qaldı!
Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Ruslan Paşayevin növbəti qarşılaşması baş tutub.
TodayPress TV xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/8 final mərhələsində İtaliya cüdoçusu Valerio Akkolyiyə məğlub olaraq yarışla vidalaşıb.
Məlumat üçün bildirək ki, R.Paşayev 1/16 final mərhələsində Türkmənistan idmançısı Serdar Rahimovu mübarizədən kənarlaşdırmışdı.
Bakıdakı cüdo üzrə Dünya Çempionatı oktyabrın 11-də başa çatacaq.
Namiq HUN