Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı

Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı
30.07.2026 10:41 İdman

Peru klubu formaya 1000 sponsor yerləşdirərək müflis olmaqdan xilas olub.

TodayPress TV xəbər verir ki, Perunun “Deportivo Municipal” klubu maliyyə böhranından çıxmaq üçün həyata keçirdiyi qeyri-adi layihə sayəsində həm müflis olmaqdan xilas olub, həm də beynəlxalq mükafata layiq görülüb.

Lima təmsilçisi maliyyə problemləri səbəbindən həvəskar liqaya düşdükdən sonra kişi komandasının üçüncü liqada, qadın komandasının isə ikinci divizionda çıxışını davam etdirməsi, həmçinin akademiyanın fəaliyyətini maliyyələşdirmək məqsədilə fərqli kampaniyaya start verib.

Klub ənənəvi formada bir neçə böyük sponsor loqosu yerləşdirmək əvəzinə, formanı 1000 kiçik reklam sahəsinə bölüb. Bu yerləri yerli şirkətlər, kiçik sahibkarlar və hətta azarkeşlər 25-150 avro arasında dəyişən məbləğə əldə edə biliblər.

Sponsorlar bunun qarşılığında sosial şəbəkələrdə reklam, bilet və klub məhsullarına endirim, eləcə də futbolçular vasitəsilə bizneslərini tanıtmaq imkanı qazanıblar.

Nəticədə forma üzərindəki bütün 1000 reklam yeri təxminən üç ay ərzində satılıb. Toplanan vəsait klubun bir illik xərclərini qarşılamağa kifayət edib.

Qeyd edək ki, layihə “McCann Lima” agentliyi ilə birgə hazırlanıb və 2026-cı ildə reklam və kreativ marketinq sahəsinin nüfuzlu “Cannes Lions” festivalının baş mükafatına layiq görülüb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər