Tarixi an: Haaland 52 illik əfsanəvi rekordu darmadağın etdi!

Tarixi an: Haaland 52 illik əfsanəvi rekordu darmadağın etdi!
28.09.2026 09:35 İdman

"Mançester Siti"nin və Norveç milli komandasının hücumçusu Erlinq Haaland Avropa futbolunda sonuncu dəfə 1974-cü ildə qeydə alınan tarixi nəticəni təkrarlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Stats Foot" statistik portalı "X" sosial şəbəkəsində məlumat yayıb. 

Bildirilib ki, Haaland əsas milli komandada keçirdiyi ilk 57 matçda 65 qol vurmağı bacaran ilk avropalı futbolçu olub. Avropada analoji göstəriciyə sonuncu dəfə 1974-cü ildə Almaniya yığmasının heyətində əfsanəvi hücumçu Herd Müller (57 oyunda 65 qol) imza atmışdı.

Xatırladaq ki, Haaland UEFA Millətlər Liqasının A Liqasının IV qrupunun II turunda Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları qarşılaşmada komandasının yeganə qoluna müəlliflik edib. 

Qeyd edək ki, qrupun I turunda Norveç Danimarkanı 3:2 hesabı ilə məğlub etmiş, həmin oyunda da Erlinq dublla fərqlənmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər