Tarix yazılmağa davam edir: Lebron ikinci oldu

Tarix yazılmağa davam edir: Lebron ikinci oldu
05.01.2026 14:37 İdman

“Los-Anceles Leykers” klubunun hücumçusu Lebron Ceyms ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində (müntəzəm mövsüm+pley-off) ən çox məhsuldar ötürmə edən basketbolçular siyahısında ikinci pilləyə yüksəlib.

TodayPress TV xəbər verir ki, hazırda Kaliforniya təmsilçisinin veteran oyunçusunun hesabında 13 793 assist var. 

Bu göstərici Kris Poldan 8 ötürmə çoxdur. Siyahıya 17 645 assistlə əfsanəvi Con Stokton başçılıq edir.

Lebron bu tarixi nailiyyətə NBA-nın müntəzəm çempionatında “Memfis Qrizzliz”ə qarşı keçirilən oyunda nail olub. Qarşılaşma “Leykers”in 120:114 hesablı qələbəsi ilə başa çatıb.

Həmin matçda Ceyms 10 assist, 26 xal və 7 ribaundla yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər