Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik

Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik
24.07.2026 10:23 İdman

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia 2026-cı il dünya çempionatının finalındakı məğlubiyyətdən sonra azarkeşlərə müraciət edib.

TodayPress TV xəbər verir ki, Tapia sosial şəbəkə hesabında paylaşdığı açıqlamada rəqibin qələbəsinin tam ədalətli olduğunu bildirib.

“Biz İspaniyanı məğlub edə bilmədik. Onlar daha güclü idilər, qələbəyə layiq idilər və biz bunu qəbul etməliyik. İdmanda məğlubiyyəti də qələbə kimi ləyaqətlə qəbul etməyi öyrənirik”, – deyə AFA prezidenti yazıb.

O qeyd edib ki, finaldakı məğlubiyyətə baxmayaraq, bu komanda ölkəyə böyük sevinc yaşadıb və yarımfinalda İngiltərə üzərində qazanılan qələbə ilə argentinalıların qürur mənbəyinə çevrilib.

“Məğlubiyyət ağrıdır. Çünki biz rəqabətə davamlı komandayıq, futbol tarixinin ən uğurlu millilərindən biriyik və ikinci yer heç vaxt bizi qane etmir. Ancaq biz həmişə sonadək mübarizə aparmışıq və bundan sonra da yolumuza davam edəcəyik”, – deyə Tapia vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər