Taekvondoçularımız Almaniyanı fəth edir: Cavad Ağayevdən növbəti medal

Taekvondoçularımız Almaniyanı fəth edir: Cavad Ağayevdən növbəti medal
14.05.2026 22:39 İdman

Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından TodayPress TV-yə verilən məlumaya görə, idmançımız üçüncü yer uğrunda qarşılaşmada San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanaraq fəxri kürsüyə yüksəlib.

C.Ağayev 74 kq çəki dərəcəsində mübarizədə bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, daha əvvəl digər Azərbaycan təmsilçiləri – İmaməddin Xəlilov və Sabir Zeynalov da yarışda gümüş medal əldə ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər