TAD La Liqa prezidentini diskvalifikasiya edə bilər
İdman
22.11.2025 15:45
La Liqa prezidenti Xavyer Tebas diskvalifikasiya ilə üzləşə bilər.
TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun “Barselona” ilə bağlı məxfi maliyyə məlumatlarını açıqlamasıdır.
İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa qarşı iş açıb. İttiham 2025-ci il aprelin 2-də La Liqanın rəsmi saytındakı bəyanat vasitəsilə “Barselona” tərəfindən verilən məxfi məlumatın ictimaiyyətə elan edilməsidir. Qaydalara görə, belə məlumatlar mühafizə olunmalıdır.
Xatırladaq ki, ötən mövsüm “Barselona” klubunda maliyyə problemləri yaranıb. Kataloniya təmsilçisi 2024-cü ilin yayında Almaniyanın “Leypsiq” klubundan 55 milyon avroya aldığı futbolçu Dani Olmonu qeydiyyatdan keçirməkdə çətinlik çəkirdi. Həmçinin klub əlavə maliyyə problemləri ilə də qarşı-qarşıya idi. Bu vaxt La Liqa futbolçuların qeydiyyatdan keçirilməsinə görə icazəni ləğv etmək fikrində idi.
"Barselona" Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna cavab olaraq La Liqa rəsmi saytından və digər kanallardan bəyanatı silib.
TAD Tebası günahkar hesab edərsə, o, 2 aydan 1 ilədək işdən kənarlaşdırılmaq cəzası ilə üzləşəcək.
Namiq HUN
tag: La Liqa,Prezident,Qərar,Cəza,Todaypress.tv,
