Syomin Emerini Avropa Liqasının ustası adlandırdı
İdman
20.05.2026 14:03
Tanınmış rusiyalı mütəxəssis Yuri Syomin UEFA Avropa Liqasının 2025/2026-cı illər mövsümünün final oyunu barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” məlumat yayıb.
Təcrübəli çalışdırıcı “Frayburq” – “Aston Villa” qarşılaşmasında Almaniya təmsilçisinin uğur qazanmasını istədiyini bildirib:
“Avropa Liqasının finalında sürpriz gözləyirəm. Ola bilər ki, “Frayburq” qalib gəlsin. Onların heç bir titulu yoxdur, istəyirəm ki, nəhayət nəsə qazansınlar”.
Bununla yanaşı, o, Unai Emerinin avrokubok təcrübəsini xüsusi vurğulayıb:
“Amma Emeri bu işin əsl ustasıdır. O, hər il avrokuboklarda uğurlu çıxış edir. Vaxtilə biz ona kifayət qədər şans vermədik. Sonradan isə o, Avropa Liqasının rekordçusuna çevrildi”.
Qeyd edək ki, UEFA Avropa Liqasının bu gün İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək final görüşü saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Yuri Syomin,UEFA,Avropa Liqası,Unai Emeri,Todaypress.tv,
