Şvartsman yenidən böyük səhnəyə qayıda bilər!

Şvartsman yenidən böyük səhnəyə qayıda bilər!
05.08.2026 13:32 İdman

Rusiya-İsrail əsilli pilot Robert Şvartsman 2027-ci il mövsümündə Dünya Dözümlülük Çempionatında (WEC) “Pejo” komandasına keçməyə əsas namizədlərdən biridir.

TodayPress TV xəbər verir ki, bu barədə “Sportscar365” nəşri məlumat yayıb. 

Bildirilir ki, Şvartsman komandadan ayrılması gözlənilən Teo Purşerin yerinə əsas namizəd hesab olunur. Fransalı pilot diqqətini “Formula E”də çıxışlara yönəltmək qərarına gəlib.

Bundan başqa, daha əvvəl yayılan xəbərlərdə Stoffel Vandorn və Malte Yakobsenin də mövsümün sonunda “Pejo”dan ayrılacağı qeyd olunmuşdu. Bu halda komandada “Formula E”də paralel çıxış etməyən yalnız Pol di Resta və Löik Düval qalacaq. Ehtiyat pilot Aleks Kuinn əsas heyətə yüksəlsə belə, komandaya daha bir sürücü lazım olacaq.

Robert Şvartsmanın Hypercar sinfində çıxış təcrübəsi də var. O, 2024-cü ildə “AF Corse” komandasının heyətində “Ferrari 499P” bolidi ilə yarışıb. Daha sonra “IndyCar” seriyasına keçmək üçün İtaliya istehsalçısı ilə yollarını ayırıb. Lakin “Prema Racing” komandasının sahiblik strukturunda baş verən dəyişikliklər və kollektivin “IndyCar”dan ayrılması nəticəsində pilot növbəti mövsüm üçün komandasız qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər