"Sumqayıt" Antalyaya yollandı

"Sumqayıt"  Antalyaya yollandı
03.01.2026 17:10 İdman

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

TodayPress TV xəbər verir ki, klubdan verilən məlumata görə, Saşa İliçin baş məşqçisi olduğu komanda yanvarın 3-17-si aralığında Lara bölgəsində hazırlıq keçəcək.

"Sumqayıt" bu müddətdə 3 yoxlama oyununda gücünü sınayacaq.

Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın "Pakş", 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə münasibətləri aydınlaşdıracaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər