Futbol matçı faciə ilə bitdi: Xesus de Miqel vəfat etdi

Futbol matçı faciə ilə bitdi: Xesus de Miqel vəfat etdi
03.11.2026 13:16 İdman

İspaniyanın “Tenerife” klubunun 30 yaşlı hücumçusu Xesus de Miqel oyun zamanı ürəyi dayandıqdan sonra xəstəxanada dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, futbolçu İspaniya Sequndasının XII turunda “Andorra” ilə keçirilən qarşılaşmada ürək dayanması yaşayıb. Görüş həmin vaxt 2:2 hesabı ilə davam edərkən dayandırılıb.

Klub futbolçunun vəfatı ilə bağlı rəsmi açıqlama yayıb:

“Dərin hüznlə, boğazımız düyünlənərək və baş verənlərə inanmaqda çətinlik çəkərək “Tenerife” futbol klubu Xesus de Miqel Alamedanın 3 noyabr 2026-cı il, saat 08:00-da faciəvi şəkildə vəfat etdiyini bildirir.

Təsəlli verə biləcək söz yoxdur, bu ölçüyəgəlməz kədəri yüngülləşdirə biləcək heç nə yoxdur. Bu ağır itkiyə yas tutan ailəsinin, yaxınlarının və bütün “Tenerife” azarkeşlərinin dərdinə şərikik.

Xesus de Miqelin ailəsi göstərilən hər bir dəstəyə görə təşəkkür edir və bu inanılmaz dərəcədə çətin zamanda şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edir”.

Qarşılaşmanın son dəqiqələrində de Miqel “Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşma zamanı sinəsindən zərbə alıb. Noyabrın 2-dən xəstəxanada olan futbolçu huşunu bərpa etmədən vəfat edib. Daha əvvəl onun reanimasiya şöbəsində müstəqil nəfəs aldığı bildirilmişdi.

Namiq HUN

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər