Azərbaycan Su-25-ləri havaya qaldırdı - VİDEO

Azərbaycan Su-25-ləri havaya qaldırdı - VİDEO
03.11.2026 15:34 Sosial

Azərbaycan Ordusunun hərbi pilotları hava kəşfiyyatının aparılması tapşırıqlarını icra ediblər.

Bu barədə Todaypress TV Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.

Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.


Todaypress TV

FOTOLAR

Azərbaycan Su-25-ləri havaya qaldırdı - VİDEO — 1
XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər