Sübhanı qızıl medaldan bir döyüş ayırır

Sübhanı qızıl medaldan bir döyüş ayırır
29.11.2025 10:15 İdman

Azərbaycan yığma komandasının boksçusu U-23 Avropa çempionatında finala yüksəlib. 

TodayPress TV xəbər verir ki, Sübhan Mamedov (50 kq) Macarıstan  keçirilən U-23 Avropa çempionatının yarımfinal mərhələsində irlandiyalı Luis Runini məğlub edib.

Budapeşt turnirinin ilk 2 raundunda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. 

Sübhan, bu gün keçiriləcək finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.

Milli komandanın digər boksçularından Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) U-23 Avropa çempionatını bürünc medalla başa vurublar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər