Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi

Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi
30.07.2026 13:03 İdman

NBA-nın sabiq basketbolçusu və 2007-ci il draftının ilk seçimi Qreq Oden Çində çıxış etdiyi dövrdə siqaret asılılığı ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, “The OGs” podkastında danışan keçmiş basketbolçu həmin vaxt yaşadığı stress səbəbindən gündə bir qutu siqaret çəkdiyini bildirib.

“Düşünürəm ki, Çində olduğum vaxt gündə bir qutu siqaret çəkirdim. Hətta oyunlardan dərhal əvvəl də siqaret çəkirdim. Sadəcə çox stress keçirirdim”, – deyə Oden bildirib.

Müsahibə zamanı aparıcı basketbolçunun 213 santimetrlik boyu ilə tualetdə siqaret çəkməsini zarafatla təsvir edib. Oden isə bunu təsdiqləyərək, hətta “Black & Mild” markalı, üzüm şərabı ətirli siqaretlərə üstünlük verdiyini söyləyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər