Stolüstü tennisçimiz Avropa üçüncüsü oldu

Stolüstü tennisçimiz Avropa üçüncüsü oldu
20.07.2026 10:37 İdman

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.

TodayPress TV xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, yarımfinal mərhələsinə yüksəlməklə bürünc mükafata layiq görulüb.

İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçirilən 1/2 final görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

TodayPress TV

FOTOLAR

Stolüstü tennisçimiz Avropa üçüncüsü oldu — 1
Stolüstü tennisçimiz Avropa üçüncüsü oldu — 2
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər