Stolüstü tennisçilər beynəlxalq yarışda fərqləndi
Azərbaycanın gənc stolüstü tennisçiləri Özbəkistanda keçirilən növbəti beynəlxalq turnirdə uğurlu çıxışları ilə diqqət çəkiblər.
TodayPress TV xəbər verir ki, Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi yarışda ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib.
13 yaşadək idmançılar arasında çıxış edən Mehin bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
11 yaşadək idmançılar arasında mübarizə aparan Gülnur Kərimli yalnız finalda məğlub olaraq yarışı ikinci pillədə başa vurub.
Bundan başqa, Səidə Quluzadə (U-13) və Yagmur Məmmədli (U-15) bürünc medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində Onur Quluzade ikinci, Cəfər Almədədli və Mehin Mirzəbalayeva isə üçüncü yeri tutmuşdu.
Beləliklə, Azərbaycanın gənclərdən ibarət stolüstü tennis millisi beynəlxalq turnirləri ümumilikdə 7 medalla başa vurub.
Namiq HUN